Suriyada yerləşdirilən S-300 raket əleyhinə müdafiə sistemi dəfələrlə Amerikaya məxsus hərbi təyyarələri izləyib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri komandanı Aleksandr Leonov bəyan edib.
O bildirib ki, Suriyanın qərb hissəsində hava sahəsinin nəzarətə alınmasının genişləndirilmək və düşmən təyyarələrinin Hmeymim və Tartusdakı hərbi hissələrə hücumlarının qarşısını almaq üçün 2016-cı ilin oktyabrında S-300 sistemləri qurulub:
“Bu sistem o vaxtdan bəri dəfələrlə Amerika hərbi təyyarələrini avtomatik nəzarətə götürüb, hədəfləri təsbit edərək, izləyib”.
Leonov Amerika təyyarələrinin S-300 sistemləri vasitəsilə 200-300 kilometr məsafədən təqib edilməsinə əsəbi şəkildə reaksiya verildiyini xatırladıb və əlavə edib ki, S-300 sistemləri öz işini yüksək səviyyədə həyata keçirib.