ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
ABŞ hökuməti Venesuelaya dair sanksiya siyahısını genişləndirərək sənədə ölkənin Aragua əyalətinin valisi və dövlətə aid neft şirkəti PDVSA-nın İdarə Heyətinin üzvü Rodolfo Klemente Marko Torres, ordu rəhbərliyində təmsil olunan Fabio Enriki Zavarse Pabon və Gerardo Jose İzquirdo Torresin adları əlavə olunubş.
Adıçəkilən şəxslərin ABŞ yurisdiksiyasına aid bütün aktivləri dondurulub, Amerika vətəndaşlarına isə onlarla işgüzar əlaqədə olmaq qadağan olunub.
2016-ci il iyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib.