9 Yanvar 2018 22:57
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə bahalaşma əleyhinə aksiyalar davam edir.

Teleqraf.com xəbər verir ki, ölkənin eyniadlı paytaxtında başlayan aksiyalar digər şəhərlərə də yayılıb.

17 dekabr 2010-cu ildə "ərəb baharı"nın başladığı Tunisdə yenidən etirazlar güclənməkdədir. Aksiyalar zamanı 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Aksiyaların keçirilməsinə maliyyə qanunvericiliyinə edilən dəyişikliklərdən dolayı vergilərin artmasıdır. Məsələn, yeni dəyişikliklərə əsasən bundan sonra mənzil alanlar dövlətə yüksək məbləğdə vergi ödəməli olacaqlar. 1 yanvar 2018-ci ildən qüvvəyə minən yeni qanin bazarlarda və xidmət sektorlarında da bahalaşmaya səbəb olub.

Aksiyaların artan xətt üzrə davam edəcəyi bildirilir.


Müəllif: Ayxan

Oxşar xəbərlər