İsveçin Malmö şəhərində, polis bölməsi yaxınlığında partlayış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “BNL News” məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusenqord rayonunda qeydə alınıb. Hadisə yerində polis və təcili yardım əməkdaşları işləyir.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. KİV-in məlumatına görə, partlayış zamanı yaxınlıqdakı avtomobillərə zərər dəyib. Lakin onların içində adam olmayıb.
Partlayış üzrə ekspertlər bunun əl qumbarası olduğunu güman edirlər.
/Report/