Qəhrəman ordumuza güvənirik. Əməliyyata da tam dəstək veririk.
Teleqraf.com-un xəbərinə görə, bunu CHP lideri Kamal Kılıcdaroğlu Afrin əməliyyatına münasibətini açıqlayarkən deyib.
"Bizim üçün vacib olan məsələ sərhədlərimizn təhlükəsizliyidir. Heç bir ölkə öz ərazisində terror təşkilatının yerləşdirilməsini istəməz. Türkiyənin sərhədlərində terror təşkilatının təşkilatlanması hamımızın reaksiya göstərəcəyi bir hadisədir", - Kılıcdaroğlu vurğulayıb.