Yəmənin şimali-şərqindəki Şebvə şəhərində ABŞ-a məxsus olduğu bildirilən kamikadze dronla təşkil edilən hücum nəticəsində 7 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, pilotsuz qurğu mülki şəxsləri daşıyan avtomobilin üzərinə düşüb. Avtomobildəki bütün şəxslər ölüb. Ölənlərdən 6-sı bir ailənin üzvü olub. Onlar Əl-Qaidəyə qoşulmuş 14 yaşlı övladlarını geri qaytarmaq üçün yola çıxmışdılar.
Ötən gün həmçinin Yəmən ordusu husilərə aid pilotsuz qurğunu ələ keçiriblər.