ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizədən yayınaraq, Afrindəki PYD döyüşçülərinə yardım məqsədi ilə bu bölgəyə gedən terrorçulara xəbərdarlıq edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon bu PYD üzvlərinə bundan sonra dəstək verməyəcəyini bildirib.
Açıqlamada qeyd edilib ki, bəzi PYD döyüşçülərinin Suriyanın şimalına doğru hərəkət etməsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın heç bir yardımı olmayıb.
Məsələ il bağlı Türkiyənin “Anadolu” agentliyinə açıqlama verən Pentaqon nümayəndəsi Adrian Rankin-Qallovey ABŞ-ın PYD ilə yalnız İŞİD-ə qarşı mübarizədə əməkdaşlıq etdiyini deyib.