"Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rus idmançıların 2018-ci il Qış Olimpiyasına qatılmasına icazə verməməsi utancverici bir qərardır. Məqsəd Rusiyaya siyasi zərər verməkdir".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev feysbuk hesabında BOK-un qərarına münasibət olaraq qeyd edib.
Baş nazirin sözlərinə görə, BOK-un qərarı utancverici, haqsız və qanunsuzdur: ''Komitə bu cür mübahisəli durumların həlli üçün yaradılan idman məhkəməsi tərəfindən haqları alınmış idmançılarımızı Olimpiya Oyunlarına buraxmayaraq olimpiya anlaşmasını və hüququn təməl prinsiplərini ayaqlar altına atdı. Cinayət sübut edilməyibsə günahsızsan. Son qərar məhkəmənin. Amma bu qərar məhkəməni idarə edənlər tərəfindən verildi. Bunlar özlərini məhkəmənin, idmançıların, idmansevərlərin idarəedicisi hesab edir. Məqsəd ölkəmizə siyasi zərər verməkdir".
Medvedev qeyd edib ki, dopinqin məhkəmənin qərarı ilə heç bir əlaqəsi yoxdur: "Hədəflərində sadəcə Rusiya olduğu üçün məqsədlərini təxmin etmişdik. BOK-un məhkəmənin qərarını yerinə yetirməsini rədd etməsi mümkün deyil. Öncə ticarət məhkəmədə "Pierre de Coubertin" prinsiplərinə qalib gəldi. İndi isə siyasət hüquq və əxlaq prinsiplərinə qalib gəldi. Olimpiya hərəkatına yazıqlar olsun. Yazıq idmançılara, yazıq idmansevərlərə”.