Hindistanda hərbi hava qüvvələrinin zabiti maneken zənn etdiyi pakistanlı casuslara internet vasitəsilə gizli məlumat ötürdüyü üçün həbs edilib.
Teleqraf.com “BBC”yə istinadla xəbər verirki, 51 yaşlı Arun Marvaha "Votsap" üzərindən qeyri-adi fotoşəkillərlə özlərini maneken kimi təqdim edən pakistanlı agentlərə gizli informasiya verib. Yanvarın 31-də saxlanılan zabit barəsində ötən gün məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.
O, 14 il həbs cəzasına məhkum oluna bilər.