Rusiya Xarici İşlər Nazirliyi İsrail ordusunun Suriyada bir sıra hədəfləri məhv etməsi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com-un xəbərinə görə, açıqlamada Rusiya XİN İsrailin Suriyaya hərbi müdaxiləsi və hadisələrin gedişatından ciddi narahat olduğunu bildirib:
''Suriyaya yerli hökumət tərəfindən terrorla mübarizənin dəstəklənməsi üçün dəvət edilən Rusiya əsgərlərinin həyatı və təhlükəsizliyinə yönəlik hərəkətlər qəbuledilməzdir".
Qeyd edək ki, İsrail ordusu Qolan təpələrində İrana aid pilotsuz təyyarəni məhv edib. Bundan başqa İsrail əsgərləri Suriyada 12 hədəfi vurub. Həmin hədəflərdən 4-ü İrana aiddir.