15 Fevral 2018 14:48
6 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:16

Türkiyəli həmkarı Nürəddin Canikli ilə görüşən ABŞ Müdafiə naziri Ceyms Mettis mətbuata açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, PKK və terrorçuluğa qarşı Türkiyənin yanında olduqlarını bildirib.

Mettis əlavə edib ki, Suriyada da ilk olaraq İŞİD terror təşkilatı məhv edilməlidir.

Qeyd edək ki, Canikli və Mettis Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin toplantısı çərçivəsində görüşüblər.

***

ABŞ Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə Brüsseldə keçirdiyi görüşündə PKK terror təşkilatı ilə bağlı təklifini səsləndirib.

O, PYD silahlılarından PKK ilə döyüşlərdə istifadə edilməsini təklif edib.

Canikli isə bunun mümkün olmayacağını deyib.

Qeyd edək ki, PYD qruplaşması PKK terror təşkilatının Suriya qoludur.


Müəllif: Samir

Oxşar xəbərlər