6 Avqust 2014 21:34
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın işğalını yalnız Ukraynanın şərqi istiqamətində gedən tabut axını saxlaya bilər”


Bu açıqlama ilə Donbas batalyonunun komandiri Semyon Semençenko çıxış edib.

Onun sözlərinə görə, Donbas təxminən 3 aydan sonra terrorçulardan azad ola bilər:

“Biz Donbası tezliklə terrorçulardan təmizləyə bilmərik. Bunun üçün ən azı 3 ay lazım olacaq. Ukraynanı tam işğal etmək hələlik Rusiyanın özünə də sərf etmir. Biz daha uzun müddət müdafiə oluna bilsək, Rusiya üçün bu heç də sərfəli olmayacaq. Hazırda Rusiyanın qarşısını saxlaya biləcək yeganə şey Ukraynanın şərqi istiqamətində gedən tabut axını ola bilər”.

Qeyd edək ki, Donbas batalyonunun komandiri Semyon Semençenkonun bütün şəkillərində üzü gizlədilir.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər