23 Fevral 2018 15:10
3 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 3 gündə 400 dinc sakinin öldürüldüyü Şəriq Quta üçün BMT Təhlükəsizlik Şurasında (TŞ) təcili toplantı keçirilməsi üçün çağırış ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebeziya danışıb.

O, BMT Baş katibi Antonio Quterreşə Şərqi Qutadakı son vəziyyətlə bağlı məlumat verib.

Rusiya İsveç və Küveyt tərəfindən BMT TŞ-na təqdim edilən atəşkəs layihəsini dəstəkləməyib. Rusiya Xarici İşlər naziri Sergey Lavrov atəşkəs layihəsinin əsas məqsədinin dinc sakinlərə kömək etmək olmadığını deyib:

“Layihənin əsas məqsədi Soçidə təşkil edilən Suriya Milli Dialoq Konqresinin uğurlu nəticələrini əsas gətirərək, Cenevrə görüşünü dərhal keçirmək, B planını işə salmaq və Suriyanın hazırkı iqtidarını devirməkdir”.

Bəzi məlumatlara görə, Moskva rəhbərliyinin bu qəribə çağırışının pərdəarxasında Suriya Prezidenti Bəşər Əsədi çətin vəziyyətə sala biləcək 30 günlük atəşkəs layihəsinin əngəllənməsi dayanır.

Ekspertlrəin fikrincə, Rusiya Quta məsələsini gündəmə gətirməklə özünə qarşı ittihamlarının qarşısını almağı hədəfləyir.


Müəllif: Samir

Oxşar xəbərlər