25 Fevral 2018 09:15
2 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft” kompaniyasının yaradıcısı Bill Qeyts “Ellen Dedceneres şousu”nun iştirakçısı olub.

Teleqraf.com xəbər verir ki, şouda ona supermarketlərdə satılan 5 adi qida məmulatının qiymətini tapması ilə bağlı suallar verilib.

Bill Qeyts sualları səhv cavablandırıb. Sonradan həmin məhsulların supermarketlərdəki real qiymətləri açıqlanıb. Demək olar, bütün məhsulların qiyməti onu heyrətləndirib. O, məhsulların qiymətinin bir neçə dəfə şişirdildiyini vurğulayıb. Məsələn, milyarder “Tide” yuyucu tozunun qiymətinin 20 deyil, 4 dollar olmalı olduğunu deyib.

Qeyd edək ki, Bill Qeytsin sərvətinin ümumi dəyəri 91 milyard dollardan artıq qiymətləndirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər