71 yaşlı amerikalı fizik, yapon əsilli Mitio Kaku “İnsanlığın gələcəyi” adlı yeni kitabını təqdim edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı mətbuat konfransı təşkil edib.
Kaku etiraf edib ki, bəşər sivilizasiyasının gələcək taleyi sarıdan nikbin deyil. Onun sözlərinə görə, perspektivdə bəşəriyyəti bu və ya digər formada ölüm gözləyir:
“Yer kürəsinin uzun müddətli tarixi sübut edir ki, əlverişsiz şəraitlə qarşılaşan insanlığın 3 yolu olur. Ya həmin mühiti tərk etməlidir, ya uyğunlaşmalıdır, ya da məhv olmalıdır. Qəbul etməliyik ki, insanlar nə vaxtsa adaptasiya oluna bilməyəcəkləri mühitlə qarşılaşanda tamamilə məhvə məhkum olacaqlar. Bütün bunlardan qurtulmaq üçün əsas yol başqa planetə köçməkdir.
Bu, Ay, Mars və ya Günəş sisteminin hər hansı başqa planeti ola bilər”.