Rusiya BMT-nin qərarlarına əməl etməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyert deyib.
O bildirib ki, atəşkəs qərarından bu yana Suriyada 100-dən çox insan öldürülüb:
“Rusiyanın ABŞ-dan humanitar koridorun açılmasını istəməsi zarafata oxşayır. Bu atəşkəs qərarı heç bir işə yaramır. Suriya rejimi və Rusiya bu qərara riayət etməlidir. Rusiyanın dediyi humanitar koridora baxsaq, görərik ki, heç kim bu xətdən istifadə etmir. İnsanlar Şərqi Qutanı tərk etməkdən qorxur. Çünki onlar düşünürlər ki, bu koridorlara Bəşər Əsəd nəzarət edir”.