Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı liderlər Rusiya Prezidenti Vladimir Putinin modernləşdirilmiş silahlarla bağlı açıqlamasını müzakirə ediblər.
Onlar Putinin çıxışından narahatlıqlarını ifadə ediblər.
Bundan başqa, Merkel və Tramp BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs qərarının yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.