14 Mart 2018 17:37
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasından 14 ay ötür. Bu müddət ərzində Trampın komandasından olan 11 ciddi siysi fiqur ya istefaya göndərilib, ya da özü vəzifəsindən gedib.

Teleqraf.com həmin şəxslərin siyahısını təqdim edir:

1. Salli Yates – Trampın komandasında ədliyyə nazirinin müaşviri vəzifəsini tutub. 2017-ci il yanvarın 30-da Tramp tərəfindən istefaya göndərilib. Buna səbəb Yatesin Trampın viza siyasətinə qarşı çıxması olub.

2. Makyl Flinn – Ağ Evdə Milli Təhlükəsizlik müşaviri olub. 2017-ci il fevralın 13-də Rusiya ilə əlaqədə adı hallandığı üçün istefa verib.

3. Ceyms Komey – Federal Kəşfiyyat İdarəsinin direktoru olub. 2017-ci il mayın 9-da Flinn kimi o da, Rusiya ilə əlaqədə ittiham olunub və Tramp tərəfindən istefaya göndərilib.

4. Mayk Dubke – Ağ Evin rabitə məsələləri üzrə direktoru olub. 2017-ci il mayın 30-da Trampla münasibətləri gərgin olduğu üçün istefa verib və ABŞ prezidentinin “qara siyahısı”na düşüb.

5. Şon Spayser – Ağ Evin sözçüsü vəzifəsində çalışıb. 2017-ci il iyulun 21-də Entoni Skaramuççinin rabitə məsələləri üzrə direktor təyin edilməsindən sonra istefa verib.

6. Pribus Rays – Ağ Evin aparat rəhbəri olub. 2017-ci il iyulun 28-də Entoni Skaramuççinin rabitə məsələləri üzrə direktor təyin edilməsindən sonra şəxsi ərizəsi ilə istefa verib.

7. Stiv Banon – Trampın baş müşaviri vəzifəsində çalışıb. 2017-ci il avqustun 19-da irqçi çıxışlarına görə Tramp tərəfindən istefaya göndərilib.

8. Tom Prays – Trampın komandasında səhiyyə naziri olub. 2017-ci il sentyabrın 29-da yüksək səyahət xərclərinin açıqlanmasından sonra artan təzyiqlər nəticəsində istefa verib. O, Trampın komandasında istefa verən ilk nazir olub.

9. Houp Hiks – Ağ Evin rabitə məsələləri üzrə direktoru vəzifəsində çalışıb. 2018-ci il fevralın 28-də vəzifəsindən gedən Hiksin istefa səbəbi açıqlanmayıb.

10. Qeri Kon – Trampın baş iqtisadi müşaviri olub. 2018-ci il martın 6-da gömrük vergiləri məsələsində Trampla fikir ayrılığı səbəbindən istefa verib.

11. Reks Tillerson – ABŞ dövlət katibi vəzifəsində çalışıb. 2018-ci il martın 13-də Trampla İran məsələsində fikir ayrılığı səbəbindən istefaya göndərilib.


Müəllif: Samir

Oxşar xəbərlər