Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər ikili əlaqələr, Türkiyə-AB münasibətləri, regional məsələləri müzakirə ediblər.
Ərdoğan Merkeli dördüncü dəfə kansler seçilməsi münasibətilə təbrik edib.
Terrorçuluğa qarşı birgə mübarizənin əhəmiyyətinin vurğulandığı telefon danışığı zamanı Ərdoğan Suriyanın Afrin bölgəsində aparılan əməliyyatlar barədə Almaniya rəsmisini məlumatlandırıb.