ABŞ-ın Massaçusets ştatının Baş prokuroru Mara Helay 2016-cı il prezident seçkiləri kampaniyası zamanı sosial şəbəkə istifadəçilərinin məlumatlarından qeyri-qanuni istifadə səbəbindən Feysbuku və Kembric Analitik şirkəti ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Teleqraf.com-un xəbərinə görə, Mara Helay bu barədə Tvitterdə bildirib:
"Massaçusets sakinləri Facebook və Kembric Analitikdən dərhal cavab tələb edir. Biz istintaqa başlayırıq".
Qeyd edək ki, bundan əvvəl Feysbuk Londondakı Kembric Analitikin sosial şəbəkədəki səhifəsini silib. Buna Kembric Analitikin ABŞ prezidenti Donald Trampın seçki kampaniyası zamanı sosial şəbəkə istifadəçilərinin hüquqlarını pozması səbəb olub.