Ukrayna Prezidenti Petro Poroşenko NATO-nun ilin yayında Macarıstanda keçiriəcək sammitində iştirak edə bilməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Macarıstanın Xarici işlər naziri Peter Siyyarto məlumat verib.
O bildirib ki, əgər Poroşenko Ukraynadakı milli azlıqların hüquqlarını pozmaqda davam etsə, Macarıstan hökuməti onun sammitdə iştirakına qadağa qoyacaq.
Siyyarto qeyd edib ki, Kiyev “Təhsil haqqında qanun”un 2023-cü ilə qədər qüvvəyə minməyəcəyi ilə bağlı təminat verməlidir.