25 Mart 2018 23:45
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Skripal işi" ilə əlaqədar Londona qarşı "sürpriz"lər hazırlanır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, yeni tədbirlər yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Zaxarova bu məsələnin Avropa Birliyində müzakiəyə çıxarılacağı ilə bağlı sualı belə cavablandırıb: "Avropa Birliyi Britaniyanın baş nazirini qorumaq üçün heç bir sübutu olmayan məsələni müzakirəyə çıxaracaq".

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum olub. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.


Müəllif: Samir

Oxşar xəbərlər