Bu gün Bolqarıstanın Varna şəhərində Türkiyə və Avropa Birliyi (AB) rəhbərliyi arasında görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, tərəflər Ankara-Brüssel münasibətlərini müzakirə edəcəklər.
Türkiyənin “Zeytun budağı” əməliyyatının da gündəmə gələcəyi gözlənilir.
Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AB prezidenti Donald Tusk və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker qatılacaq.
Görüşə Avropa Birliyini dönəm sədri, Bolqarıstanın baş naziri Boyko Borisov ev sahibliyi edəcək.