8 Avqust 2014 18:08
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda ordu qüvvələri İŞİD-ə ağır zərbə endirib

Ənbar vilayətində ordu ilə İŞİD arasında şiddətli döyüşlər olub.

İlkin məlumatlara görə, döyüşlərdə 25 terrorçu öldürülüb, onlarla terrorçu isə yaralanıb. Silahlı toqquşmalara zamanı 2 əsgərin isə yaralandığı bildirilir.

İraq Müdafiə Nazirliyi Ənbar vilayətindəki döyüşlərlə bağlı açıqlama verib. Bildirilir ki, qeyd edilən vilayət terrorçulardan tamamilə təmizlənib.

Qeyd edək ki, İŞİD İraqda bir neçə böyük şəhərlərdə nəzarəti ələ keçirib. Araşdırmalara görə, həmin şəhərlərdən bir milyon insan köç etmək məcburiyyətində qalıb.

/anspress/


Müəllif: