Türkiyə ordusunun Afrinə girməsindən sonra Suriyadan Almaniyaya qayıdan PKK terrorçuları Berlin hökumətini təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Almaniyanın “Ekspress” nəşri məlumat verib.
Nəşr bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin Afrinə girməsindən sonra 125 nəfər PKK-çı Almaniyaya geri qayıdıb: “Berlin hökuməti PKK-çıların öz niyyətlərini Almaniyada həyata keçirməyə çalışacağından ehtiyatlanır.
Bundan başqa, “Zeytun budağı” hərəkatı başlayandan bəri PKK Almaniyada 20 türk müəssisəsinə hücum edib. Onlardan 6-sı Köln və Lüksenburdakı məscid olub”.