4 Aprel 2018 23:49
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə Katerina Davidson adlı qadın xəstəxanada övladının qatili ilə eşqbazlıq edərkən yaxalanıb.

Teleqraf.com xəbər verir ki, qadının ana adına yaraşmayan hərəkəti İngiltərədə böyük etiraza səbəb olub.

Katerina digər iki uşağını anasıgildən götürməyə gedərkən üçüncü körpəsini 38 yaşlı ehtiyatda olan hərbçi Qordon Mckaya əmanət edib. Qordon azyaşlının əllrindən və ayaqlarından tutub sallayıb. Bu zaman uşaq kəllə-beyin travması alıb və dərhal xəstəxanaya çatdırılıb.

Katerina və Qordon da xəstəxanaya gediblər. Həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Acı xəbəri anaya çatdırmaq istəyən həkimlər qonaqlar üçün nəzərdə tutulan otağın qapısını açdıqda Katerina və Qordonu sevişərkən görüblər.

Qordon anaya körpəsinin qəfil halının pisləşdiyini deyib. Polislər isə uzun sürən dindirmədən sonra Qordonun hər şeyi etiraf etməsinə nail olublar.

"Uşağı başıaşağı salladım. Bu zaman əlimdən düşdü. Onu hərəkətsiz gördükdə dərhal təcili yardım çağırdım", deyə Qordon ifadəsində bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər