7 Aprel 2018 12:25
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal etdiyi ərazilərində yerləşən bölmələrdən birində daha bir əsgər vəhşicəsinə döyülüb.

Hadisə Artur Areyanın komandiri olduğu batalyonda baş verib. Belə ki, batalyonun komandiri, mayor Artur Аreyan həqiqi hərbi xidmətə çağrılan əsgər Artur Simonyanı vəhşicəsinə döyüb. Əsgər aldığı xəsarətlərlə hərbi hospitala yerləşdirilib.

Batolyan komandiri A.Areyan haqqında irəli sürülən ittihamlarla razılaşmayıb və yerli mətbuata açıqlama verərək, hadisənin təfərrüatlarını başqa cür danışıb. O bildirib ki, batolyanda heç vaxt əsgər ölümü və şiddət olmayıb: "İki əsgər - Albert Miqranyanla Artur Simonyan arasında yaşanan münaqişə nəticəsində A.Simonyan yüngül xəsarətlərlə hospitala yerləşdirilib. Vəziyyəti yaxşıdır".

"Aykakan jamanak" nəşrinin yazdığı məlumata görə, yaralı əsgər A.Simonyan Xankəndində yerləşən hərbi hospitala aparılıb. Albert Miqranyan isə batolyonun nizma-intizamını pozduğu üçün 20 günlük cəzalandırılıb.

Hərbi Hospitaldan nəşrə verilən məlumata görə, A.Simonyanın vəziyyəti stabildir.

Döyülən əsgər isə komandir tərəfindən döyüldüyünü inkar edərək, əsgər yoldaşı ilə mübahisə etdiyini deyib.

Mayor Artur Areyan haqqında ölçü götürülməsi üçün faktla bağlı hərbi komissarlıq tərəfindən araşdırma başladılıb./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər