10 Avqust 2014 18:34
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diyarbəkirdə hərbi hissələrdən birində Türkiyə bayrağını cıran təxribatçı bu gün həbs edilib.

Axar.az xəbər verir ki, iyunun 8-də Diyarbəkrdə Hərbi Hava Qüvvələrinə məxsus hərbi hissələrdən birində gənc bir adam dövlət bayrağını cırıb bayraq dirəyindən qoparandan sonra arın-arxayın şəkildə hərbi hissənin həyətini tərk etmişdi. Təxribatçının belə rahat şəkildə çıxıb getməsini hərbçilər belə əsaslandırmışdılar ki, onu yetkinlik yaşına çatmadığını güman ediblər.

İyunun 28-də isə daha bir şəxs İstanbulda polis şöbələrindən birinin həyətində eyni təxribata yol vermiş və ayağından güllə yarası alaraq saxlanılmışdı.


Diyarbəkirdə baş verən hadisəni törədən şəxsin isə Diyarbəkrin Əsənlər kəndinin sakini 26 yaşlı Ömər M. olduğu müəyyənləşib və o bu gün saxlanılıb. Tibbi müayinədən keçiriləndən və prokurorluqda sorğu-sualdan sonra onun haqqında həbs qərarı çıxarılıb.


Xatırladaq ki, bayraq təxribatından sonra Türkiyədə dövlət bayrağını dəstəkləyənlərin nümayişi keçirilib. Baş nazir Ərdoğan isə, dövlət bayrağının hər şeyin föqündə durduğunu bəyan edib.


Müəllif:

Oxşar xəbərlər