İsveçrənin “Vattenfall” enerji şirkəti Şotlandiya sahillərində dünyanın ən böyük külək turbinini inşa edib.
Teleqraf.com xəbər verir ki, ümumi gücü 8,8 meqavat olan “MHI Vestas” külək turbini Aberdin sahillərində, Avropa Açıq Dənizdə Külək Paylama Mərkəzinin (EOWDC) ərazisində yerləşəcək ümumilikdə 11 turbindən ilkidir. Bu, “Vestas”ın ən güclü turbini olmaqla yanaşı, dünyanın ən inkişaf etmiş turbinidir.
Sahədə qurulacaq 11 külək turbinindən 2-si bu növ turbindən ibarət olacaq və parkın ümumi gücü 93,2 meqavat olacaq.
“MHI Vestas” külək turbininin hündürlüyü 191 metrdir. Hər bir qanadının uzunluğu isə 80 metrdir.
Bu turbinin qanadları tək dövrə vurduğu zaman Böyük Britaniyadakı bir evin günlük elektrik enerjisi sərfiyyatını ödəyə biləcək.