27 Aprel 2014 09:43
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın baş naziri Çon Xon Von "Sevol" bərəsinin batmasına görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mənim postda qalmağım administrasiya üçün çox böyük yük olacaq",deyə Çon Xon Von mətbuat konfransında bildirib.

Xatırladaq ki, "Sevol" sərnişin bərəsi aprelin 16-da qəzaya uğrayıb. Bərənin normadan üç dəfə artıq yükləndiyi məlum olub. Bərənin göyərtəsində 475 sərnişin olub, onlardan 325 nəfəri Ansan şəhərindəki məktəblərdən birinin şagirdləridir. Xilasedicilər yalnız 174 nəfəri xilas edə bilib.


Müəllif:

Oxşar xəbərlər