18:10
Əsəd rejimi YPG-nin nəzarət etdiyi bəzi kənd və qəsəbələri ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu haqda rejim yetkililərindən biri “Röyter”ə məlumat verib.
Suriya ordusunun dövlət televiziyasında yayımlanan açıqlamasına görə də Əsəd rejimi YPG terror təşkilatının tabeliyində olan SDG-nin nəzarətində olan bir sıra kəndləri ələ keçirib.
Bu kəndlərin Fəratın şərqində, eləcə də İraq sərhədi yaxınlarında olduğu bildirlir.
Qeyd edək ki, terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin başçılıq etdiyi SDG sözçüsü Kino Qabriel də xəbəri təsdiq edib və ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiya qüvvələrinə məxsus qırıcıların Əsəd rejiminə bağlı birlikləri bombaladığını deyib.