30 Aprel 2018 23:58
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Müştərək quru qüvvələri komandanlığının qərargahı bu gündən etibarən Bağdadda fəaliyyətini dayandırıb. Bu İraqda İŞİD-ə qarşı irimiqyaslı döyüş əməliyyatlarının başa çatdığını və koalisiyanın şəxsi heyəti və tapşırıqlarının dəyişdiyini simvolizə edir”, - deyə koalisiyanın bəyanatında qeyd olunur.

Koalisiya bundan sonra İraqda təhlükəsizlik səviyyəsini artırmaq məqsədi ilə yerli qüvvələrin hərbi hazırlığı və möhkəmləndirilməsi ilə məşğul olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər