YPG/PKK terror təşkilatları və Suriya Prezidenti Bəşər Əsəd arasında anlaşma əldə olunub.
Teleqraf.com xəbər verir ki, anlaşmaya əsasən, Deyr-əz-Zor bölgəsindən çıxarılan neft Əsəd rejiminə veriləcək.
Qarşı tərəf isə PKK və YPG-ni mazutla təmin edəcək. Terror təşkilatları hər 100 barel neftə görə Əsəddən 75 barel mazut alacaq.
Qeyd edək ki, Suriyanın neft ehtiyatlarının 75%-i Deyr-əz-Zorda yerləşən Əl-Ömər yataqlarındadır. Bölgə 2017-ci ildə anti-İŞİD koalisiyasının buradan çıxmasından sonra PKK/YPG terror təşkilatlarının nəzarətinə keçib.
Əl-Ömərdən gündəlik 15 min barel neft çıxarılır. Burada 11 neft yatağı var.