3 İyun 2018 11:24
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun bir qrup hərbçisi ağır və zirehli texnika ilə birlikdə İraqın Mosul vilayətinin Sincar bölgəsinə daxil olub.

Teleqraf.com xəbər verir ki, Sincar bölgəsinin rəsmisi Mehman Xəlil faktı təsdiq edib.

O, deyib ki, ABŞ əsgərləri Mosulun şimal qərbində yer alan və strateji əhəmiyyətə malik Sincarda mövqe tutub.

Mehman Xəlil əlavə edib ki, ABŞ ordusu əvvəllər də Sincarda mövqe tutmaq üçün hazırlıqlar həyata keçirib.

Hazırda ordunun Sincar dağında hərbi hissə qurmağı hədəflədiyi düşünülür.

İraq mediası da dünən ABŞ əsgərlərinin 15 ədəd zirehli avtomobillə Sincar dağına getdiyi haqda informasiya verib.

Xatırladaq ki, PKK və İŞİD 2015-cü ilin avqustunda Sincarda fəaliyyətini aktivləşdirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər