ABŞ Prezidenti Donald Tramp Rusiyanın yenidən G8-in (Böyük səkkizlik) tərkibinə qaytarılmalı olduğunu düşünür.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Röyters”in xəbərinə görə, Trampın rəsmi Moskvanın Kanadanın Kvebek şəhərində keçirilən G7 (Böyük yeddilik) sammitinə qatılmalı olduğunu da vurğulayıb.
Xatırladaq ki, böyük ölkələrin iqtisadi formu 1998-ci ildən başlayaraq “Böyük səkkizlik” adı altında keçirilir. 2014-cü ildə Krım məsələlərindən sonra klub üzvlərin Soçidə keçiriləcək G8 sammitinə gəlməyərək Brüsseldə Rusiyasız toplaşıblar.