9 İyun 2018 15:50
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın kasıb ölkələri əsasən Afrika qitəsində yerləşir.

Teleqraf.com ən kasıb 10 ölkənin siyahısını təqdim edir.

İlk yeri Afrikada yerləşən Burundi tutur. 11 milyon əhalisi olan Brundidə adambaşına düşən illik gəlir 275 dollardır.

Siyahıya ikinci Mərkəzi Afrika Respublikasıdır. Əhalisinin sayı 4,9 milyon olan ölkədə adambaşına düşən illik gəlir 306 dollardı. Bu göstərici yalnız Burundidən üstündü.

20 milyon əhalisi olan Nigerdə respublika idarəetmə sistemi mövcuddur. Ölkənin milli gəlirləri isə 7,14 milyard dollardır. Adambaşına düşən milli gəlir 358 ABŞ dollarıdır.

Sıralamada dördüncü yerdə Malavi gəlir. İllik gəlir 381 dollar olan ölkədə 17 milyondan çox insan yaşayır.

Afrika qitəsinin şərqindəki Madaqaskar adasında yerləşən eyni adlı ölkədə milli gəlir 10 milyard dollara çatır. Madaqaskar Respublikasında 24 milyondan çox əhali yaşayır. Burada adambaşına düşən illik gəlir isə 411 dollardır.

2 milyon əhalisi olan Qambiyada milli gəlir 850 milyondur. Adambaşına düşən gəlir isə 441 dollardır.

Siyahıda yeddincici yeri Liberiya Respublikası tutur. Ölkənin milli gəliri 2 milyard, adambaşına düşən illik gəlir isə 455 dollardır.

Konqo Demokratik Respublikasında əhalinin sayı 77 milyondan çoxdur. Ölkədə milli gəlir 33 milyard, adam başına düşən illik gəlir isə 456 dollar təşkil edir. Konqoda parlament idarə sistemi mövcuddur.

Ən kasıb ölkələr arasında doqquzuncu pillədə Mozambikdir. Respublikanın milli gəliri 15 milyard dollara çatır. 28 milyon əhalisi olan Mozambikdə adambaşına düşən illik gəlir 525 dollardır.

Siyahıda Qvineya Respublikası onuncudur. Milli gəlir 6,7 milyard dollar olan ölkədə əhalinin sayı 12,6 milyondur. Adambaşına düşən milli gəlir 531 dollar civarındadır.


Müəllif: Ruslan

Oxşar xəbərlər