Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan şəxslərə silahlı hücum olub.
Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ölən və yaralananlar arasında deputatı İbrahim Halil Yıldızın qardaşları da var.
Faktla bağlı araşdırma aparılır.