Məşhur cütlük Ancelina Coli və Bred Pittin 2016-cı ildən bu yana davam edən boşanma məhkəməsinə dair yeni faktlar üzə çıxıb. Buna görə də Ancelina 6 uşağının vəkalətini itirə bilər.
Teleqraf.com xəbər verir ki, sənədlərdə aktrisanın keçmiş həyat yoldaşı Bred Pittə uşaqları daha çox görməyə icazə verməzsə, vəkaləti itirə biləcəyi barədə xəbərdarlıq yer alıb.
“People” jurnalının yayımladığı sənədlərdə sinir sistemləri pozulmuş Ancelina Colinin uşaqları Bred Pittlə görüşə gec-gec gətirdiyi üçün onlara zərər verdiyi barədə iddialar yer alıb.
Aktrisanın mətbuat xidmətinin rəhbəri isə mediada yayılmış məlumatları təkzib edib. O, bu yalanın Bred Pitt tərəfindən ortaya atıldığını bildirib.
“People” jurnalı isə yazır: “Əgər uşaqlara ataları ilə görüşməyə icazə verilməzsə, məhkəmə uşaqların vəkalətini Ancelina Colidən alıb Bred Pittə verəcək”.