İndoneziyada nəhəng piton ilanı qadını yeyib.
Teleqarf.com xəbər verir ki, qadının cəsədi 8 metr uzunluğu olan ilanın mədəsində aşkarlanıb.
“Jakarta Post” xəbər verir ki, hadisə Sulavesi adasında baş verib. Olay barədə KİV-ə bilgi verən bölgə polisi 54 yaşlı yerli sakin Va Tibanın iyunun 14-də gecə itkin düşdüyünü açıqlayıb. Axtarışlar onun pitonun qurbanı olduğunu üzə çıxarıb.
Qeyd edək ki, ötən il Sulavesidə bir fermer 7 metrlik pitonun qurbanı olmuşdu.