19 İyun 2018 22:58
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp sərhəddə qəfəsdə saxlanılan qaçqınların görüntüləri mediada yayılandan sonra respublikaçı deputatlarla bir araya gələrək durumu müzakirə edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, ABŞ Daxili İşlər Nazirliyi Meksika sərhədindən ölkəyə daxil olmaq istəyən miqrantların saxlanıldığı sığınacaqlardan birini jurnalistlərin üzünə açdıqdan sonra dəhşətli görüntülər mediada dərc edilib.

Trampa yaxın deputatlar ABŞ baş prokuroru Ceff Sessions ilə aprel və may aylarında ölkəyə daxil olan bütün miqrantlara qarşı "sıfır tolerant" siyasəti müzakirə edəcəkləri bildirilir.


Müəllif: Ruslan

Oxşar xəbərlər