Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı Kremldən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov danışıb:
“Gördüyünüz kimi bu məsələ ilə bağlı Kreml və Ağ Evdən rəsmi bəyanat verilməyib. Hələ ki deməyə sözümüz yoxdur. Əgər nə vaxtsa hazır olsaq, müvafiq bəyanat verəcəyik.
“Tayms” qəzetinə gəldikdə, bütün hörmətimə baxmayaraq, çətin ki onlar Britaniya xalqını təmsil edə bilsinlər”.
Qeyd edək ki, “Tayms” nəşri Britaniya xalqının mümkün Tramp-Putin görüşü ilə əlaqədar narahatlıq keçirdiyini yazıb.
Nəşr eyni zamanda iki ölkə liderinin iyulda görüşəcəyinin vurğulayıb.