25 İyun 2018 14:55
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin sonunda protokol yazılır və sənəd imzalanır. Protokolda bizim nümayəndələrimizin də imzası olur. Bizim üçün seçkilərin gerçək nəticələri burada yazılan rəqəmlərdir. Əməkdaşlarımzın bizə çatdırdıqları protokollarla Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı səs faizləri və rəqəmlər arasında ciddi fərq yoxdur. Olan fərqlər də seçkinin nəticələrini dəyişdirəcək səviyyədə deyil. Bu səbəbdən də seçkilərin nəticələrini qəbul edirəm.

Teleqraf.com xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhəmməd İncə bu saatlarda keçirdiyi mətbuat konfransında deyib.

İncə onun təhdid edilməsi, xanımının oğurlanması haqqında xəbərləri də təkzib edib:

“Sosial şəbəkələrdə yayılan bəzi əsassız məsələlər haqda fikrimi deyim. Yazılanların hamısı yalandır. Məni təhdid edəcək adam hələ dünyaya gəlməyib. Guya xanımımı qaçırıblar, zabitlər məni təhdid ediblər, əsir alıblar. Bunlar psixi durumu yerində olmayan adamların iddialarıdır. Hamısı da yalandır”.

Prezidentliyə namizəd əlavə edib ki, seçkilərdə 15 milyon insanın səsini alıb:

“Növbəti mərhələdə hədəfimiz 15 milyonu 30 milyona çatdırmaqdır. Birinci hədəfimiz budur. Bu rəqəm qısa müddətə 30 milyona qalxa bilər. Buna inanıram. Bunun üçün çalışacam”.

“Hörmətli Ərdoğan bu gündən sonra AKP-nin sədri kimi hərəkət etməyin. 81 milyon insanın prezidenti olun. Mənim şüarımdan istifadə etməyinizi məsləhət görürəm. Bu gərginliyə son verin, milləti qucaqlayın. Mən seçilsəm belə edəcəkdim. AKP-nin qərargahına gəlib sizin çayınızı içəcək və partiya üzvlərini qucaqlayacaqdım”,- Məhərrəm İncə deyib.

İncə əlavə edib ki, seçkilər elan edildəndən nəticələrin açıqlanmasına qədər bütün proses ədalətsiz olub:

“Seçkilərə qan bulaşıb. Surucda və Ərzurumda baş verənlər bu seçkilərin qana bulaşdığını tarixə keçirəcək.

Mən MSK-nın önünə getdim, oradan səs faizlərini təqib etdim. Səsləri oğurlayıblarmı? Bəli, səsləri oğurlayıblar. Bu, doğrudur! 10 milyon səs oğurlayıblar? Xeyr! Seçkilərin nəticələrini qəbul edirəm. Arada 10 milyon səs fərqi var. Bunu görmək vacibdir. Qaçdığımız, təhdid edildiyimiz kimi hallar yoxdur”.

İncə daha sonra qeyd edib ki, 15 milyon ona etimad göstərməyə davam edərsə, o fəaliyyətini davam etdirəcək.

Prezidentliyə namizəd Cümhuriyyət Xalq Partiyası ilə bağlı sualları cavablandırmaqdan qaçıb, onun namizədliyini irəli sürdüyü üçün partiya rəhbərliyinə təşəkkül edib.


Müəllif: Cavad

Oxşar xəbərlər