25 İyun 2018 19:39
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında Sinqapurda keçirilən görüşə 16,3 milyon dollar xərclənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyi məlumat yayıb.

Maliyyənin daha çox təhlükəsizliyin təmininə sərf olunduğu bildirilib. Rabitə və İnformasiya Nazirliyinin sözcüsü isə əlavə 4 milyon dolların media üçün xərcləndiyini vurğulayıb.

Baş nazir Li Hsien Lunq sammitin ölkəsinə 20 milyona başa gəldiyini söyləyib.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Tramp və Kim Çen İn arasında tarixi sammit baş tutub.


Müəllif: Ruslan

Oxşar xəbərlər