29 İyun 2018 07:19
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər bir müddət öncə kəşf etdikləri uludzlararası göy cisminin əslində nə olduğunu aydınlaşdırıblar.

Teleqraf.com xəbər verir ki, Oumuamua adlı cism quyruqlu ulduz imiş. ABŞ aerokosmik agentliyi (NASA) Hubble teleskopu ilə görünən Oumuamuanın quyruqlu ulduz olduğunu açıqlayıb.

Avropa Kosmik Agentliyinin mütəxəsssisi Marco Miçeli cismin əvvəlcə asteroid olduğunu düşündüklərin deyib. Oumuamuanın yüksək sürəti Günəş və ya digər böyük cismlərin cəzbetməsindən deyil, daxilindəki qazın boşalmasından irəli gəlib.

Oumuamua iyunun əvvəlindən bəri saatda 114 min kilometr sürətlə hərəkət edib. Marco Miçeliyə görə, bu qədər sürətli hərəkət yalnız quyruqlu ulduzun daxilindəki qazın çıxması ilə yarana bilər.


Müəllif: Ruslan

Oxşar xəbərlər