Qazaxıstan sentyabrdan Qırğızıstan, Özbəkistan və Tacikistana neft ixrac etməyə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət neft şirkəti “KazMunayGas” prezidentinin köməkçisi Daniyar Tiesov açıqlama verib.
Tiesov Qazaxıstanın neftə olan ehtiyacının öz daxili resursları hesabına ödənildiyini və idxala ehtiyac qalmadığını bildirib:
“İxrac üçün kifayət qədər ehtiyatımız da var. Buna görə də sentyabr ayından etibarən qonşu dövlətlərə neft ixracına başlayacağıq”.
Şirkət yetkinlisi bir müddət əvvəl Qazaxıstanın Rusiyadan benzin idxalını dayandırdığını vurğulayıb.
Qazaxıstan nefti Rusiya neftin daha ucuz qiymətlərlə təklif edilir.