1 İyul 2018 20:00
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan polisi paytaxt Dehlidə bir evdə eyni ailə üzvlərindən ən azı 11 nəfərin meyidini aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Ev, mağazası və süd zavodu olan biznesmenə məxsus olub. Səhər saatlarında qonşu biznesmenin evinin qapısını açıq görüb, qonşularını səsləyib, səs gəlmədiyini gördükdə evə daxil olub. O evdə 11 nəfərin, o cümlədən biznesmenin özünün meyidini aşkarlayıb.

Dehli polisi bu aktın intihar, yoxsa cinayət olduğunu araşdırır. Ölənlərin yanında hər hansı yazılı qeyd aşkarlanmayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər