8 İyul 2018 23:36
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayland xilasediciləri ölkənin selin dolduğu ən böyük mağarasında ilişib qalan 12 yeniyetmə futbolçuda 6-sını xilas edib.

Teleqraf.com xəbər verir ki, 11-16 yaşlarında olan futbolçular 10 gündən çoxdur mağarada qalıblar.

Tay məktəbinin futbol komadası təlimdən sonra məşqçiləri ilə birlikdə uzunluğu 10 km olan mağaraya gəzməyə gedib və güclü musson yağışı səbəbindən həmin mağarada ilişib qalıb. Sellərin artması isə erkən xilasetmə səylərinin qarşısını alıb.

Xilasetmə işlərində Britaniya və ABŞ-dan olan mütəxəssislər də cəlb olunub.


Müəllif: Ruslan

Oxşar xəbərlər