Rumıniya Prezidenti Trayan Basesku ölkə iqtisadiyyatının tənəzzül mərhələsinə keçdiyini bəyan edib.
Avrostat statistika agentliyinin məlumatına əsasən, ölkədə iqtisadi artım azalıb. Bunun əsas səbəbini Prezident xarici investisiyaların azalmasında gördüyünü vurğulayıb.
Qeyd edək ki, 2010-cu ildə Beynəlxalq Valyuta Fondu iqtisadi böhranla üzləşən Rumıniyaya 20 milyard avro məbləğində kredit ayırmışdı. Bunun müqabilində sosial xərclərin azaldılması, vergilərin artırılması, energetika, mədən, kimya və digər sahələrdə özəlləşdirilmənin aparılması tələb olunurdu. Nazirlər Kabineti dövlət orqanlarının maliyyələşdirilməsini azaltmaq, spirtli içkilərə, zinət əşyalarına, bahalı avtomobillərə aksizləri qaldırmaq kimi öhdəlikləri üzərinə götürüb.
AzərTAc