11 İyul 2018 23:12
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın Almaniyanın Rusiyadan asılı olmasına dair iddiasına cavab verib.

Teleqraf.com xəbər verir ki, A.Merkel “Bild” qəzetinə açıqlamasında deyib:

“Mən özüm Almaniyanın bir hissəsinə SSRİ-nin nəzarət etdiyini xatırlayıram. Və mən çox şadam ki, bu gün biz birlikdəyik. Deyə bilərəm ki, müstəqil siyasət aparırıq və müstəqil qərar qəbul edirik”.

Qeyd edək ki, D.Tramp Berlinin Rusiyanın təsiri altına düşdüyünü bildirib. O əlavə edib ki, Almaniya “Şimal axını-2” layihəsinin inşasına imkan verməli deyil.


Müəllif: Səxavət

Oxşar xəbərlər