ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimali-şərqindəki Deyrizor qəsəbəsində Əsəd rejiminə aid hədəflərə avizərbə endirib.
Teleqraf.com xəbər verir ki, nəticədə azı 70 hərbçi ölüb.
Deyrizordakı Əsəd qüvvələri ötən gün səhər İŞİD-in nəzarətindəki Hecin bölgəsində doğru hərəkət ediblər.
Fərat çayı üzərində körpü quraraq Hecin bölgəsinə keçən Əsəd ordusunu ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri bombalayıb.
Ölənlər arasında yüksək rütbəli hərbçilər də var.
Aviazərbələrdən sonra Əsəd qoşunu geri çəkilib. Mobil körpü koalisiya qüvvələri tərəfindən darmadağın edilib.